Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunmuş X.Qurbanov Xətai rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 105 qram heroin və narkotik maddələrin satışında istifadə olunan 1 ədəd plastik bank kartı aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 990 qram heroin və 2 ədəd elektron tərəzi götürülüb.