30 Oktyabr 2014 11:42
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sıxıntı keçiririk, “Ümid” bizə dəstək olmadı”

“Qarabağ” siyasi bloku dağılmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, blokda təmsil olunan ADP və Ümid Partiyası bələdiyyə seçkilərində iştirakla bağlı yekun razılığa gələ bilməyiblər. Buna görə də hər iki partiya müttəfiqliyə son.

ADP sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, həqiqətən də, bələdiyyə seçkilərində Ümid Partiyası ilə birlikdə iştirak edə bilməyəcəklər: "Əsas səbəb bələdiyyə seçkilərində iştirak üçün kifayət qədər vəsaitimizin olmamasıdır. Ümid Partiyası maddi cəhətdən bizdən imkanlıdır. Parlamentdə təmsil olunduqları üçün dövlətdən kifayət qədər vəsait alırlar. Təəssüf ki, onlar bələdiyyə seçkilərində iştirak üçün bizə dəstək vermədilər. Ona görə də bu seçkilərdə yollarımız ayrıldı. Amma ümumi məsələlərdə müttəfiqliyimiz qüvvəsində qalır".

S.Cəlaloğlu onu da qeyd etdi ki, hazırda ADP maliyyə cəhətdən ciddi sıxıntılar keçirir: "Bizə dəstək olan yoxdur. Üzvlük haqqını yığa bilmirik, dövlətdən maliyyə almırıq. Pulu olanlar da yardım etmək istəmirlər. Pul olmadığı üçün üzvlərimizə bələdiyyə seçkilərində iştirakda tam sərbəstlik vermişik".

Ayxan


Müəllif:

Oxşar xəbərlər