Bakı şəhərinin Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində 9 ədəd elektrik sayğacı və kabel 2 p.m yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.