22 Aprel 18:49
287

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları paytaxda əməliyyat keçiriblər.

Teleqraf.com xəbər verir ki, baş idarəyə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Vəlişov Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 kiloqram 580 qram heroin və 3 qram metamfetamin aşkar edilib.


Müəllif: Hacı Zeynalov