Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Ə.Mustafayevi bıçaqla hədələyib və 45 manatını alıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsinin törətməkdə şübhəli bilinən F.Nəbiyev saxlanılıb.