Bakının Xəzər rayonunda baş verən oğurluq faktının üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də Buzovna qəsəbəsi ərazisindəki marketlərin birindən 710 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Balayev və əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıblar.
Bundan başqa, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon ərazisindəki köşklərin birindən 60 manat pul və 2000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov tutulub.