Sabah saat 14.00-da Müsavat Partiyasının Mərkəzi Qərargahında Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuat konfransı keçirəcək.
Partiyadan Teleqraf.com-a daxil olan məlumata görə, konfransda ölkədəki ictimai siyasi vəziyyət, Müsavat Partiyasının VIII Qurultayından sonrakı dövrdə partiya strukturlarının formalaşması prosesi, bu dövrdəki ictimai diskussiyalar barədə məlumat veriləcək.
Başqan jurnalistləri maraqlandıran sualları cavablandıracaq.
Nərgiz