27 Aprel 2021 11:05
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda karantin qaydalarını pozaraq işləyən idman zalı aşkar edilib, zaldakı 56 nəfər cərimə olunub.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar olaraq keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkar edilib.

Belə ki, keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir.

Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib.

Həmin şəxslərdən “Covid 19” virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər.

Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər