30 Oktyabr 2014 17:25
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın aktiv Gənclər təşkilatlarının rəhbərləri ölkəmizdə keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumun işini dəyərləndiriblər.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib ki, Azərbaycanda Gənclər siyasəti üzrə I Qlobal Forumun keçirilməsi mühüm hadisədir. O bildirib ki, belə bir tədbirin ölkəmizdə keçirilməsi böyük əhəmiyyət kəsb edir. S.Orucovun sözlərinə görə, forumda qlobal müstəvidə dünya gənclərini düşündürən məsələlər müzakirə olunub:

“Forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və parlaq nitqi xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bütövlükdə, forumda müzakirə olunan məsələlər dövlətlərin, o cümlədən Azərbaycanın gənclər siyasətinə töhfələr verəcək. Eyni zamanda, onu qeyd etmək istəyirəm ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti digər ölkələrin gəncləri tərəfindən maraqla qarşılanır. Hesab edirəm ki, bu baxımdan, bu siyasət digər ölkələr üçün model ola bilər”- deyə, S.Orucov vurğulayıb.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, son 7 il ərzində Azərbaycan bir çox sahələrdə yerli və beynəlxalq səviyyədə çox böyük tədbirlərə ev sahibliyi edir: “Bu, ölkəmiz üçün çox böyük təcrübədir və günü-gündən dünya üzərindən gedən ən böyük tədbirlərin Azərbaycanda keçirilməsi bizim diplomatik güclərimizin, lobbiçilik fəaliyyətimizin artması deməkdir. Gənclər siyasəti üzrə I Qlobal Forumun Bakıda keçirilməsi də bu kimi tədbirlərdən biridir. I Qlobal Forum reallıqda Azərbaycandakı gənclər, Gənclər Təşkilatları və bir çox şəxslər üçün yerli və beynəlxalq platformada təmsilçilik güclərini artırır”.

Onun sözlərinə görə, sözügedən Forumun BMT, Avropa Şurası və digər beynəlxalq qurumların dəstəyi ilə birbaşa Bakıda keçirilməsi bizim üçün böyük uğur sayılır: “100 ölkədən 700-dən çox gəncin təmsil olunması və sırf bu Forumda cənab Prezident İlham Əliyevin çıxışı və Azərbaycan həqiqətlərini dünyaya çatdırması tendensiyası sürətlə davam edib. Düşünürəm ki, Gənclər siyasəti üzrə I Qlobal Forum bundan sonrakı mərhələdə gənclər siyasətinin problemlərini araşdırıb növbəti mərhələlərdə hansı addımlar atmağın lazım olduğuna dair köməklik göstərəcək”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir. 3 gün davam edən Forumda ümumilikdə 700 nəfər iştirak edir. Avropa Şurası, YUNESKO, BMT-nin İnkişaf Proqrammı, BMT-nin Gənclər siyasəti üzrə elçsi və Azərbaycan höküməti tərəfindən keçirirlir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər