30 Oktyabr 2014 17:58
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçisi: “Orada təmsil olunan hüquq müdafiəçiləri dəstəklənməlidir”

Avropa Şurasının təklifi əsasın qurulan İnsan Hüquqları Problemi ilə bağlı Birgə İşçi Qrupunu dəstəkləyən hüquq müdafiəçilərinin sayı artır.

Bir qrup QHT nümayəndəsinin bu qurumun əleyhinə fəaliyyət göstərməsi fonunda Media Hüququ İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Rəşid Hacılı İşçi Qrupunu bəyəndiyini bəyan edib. Ölkədə olmayan hüquq müdafiəçisi mövqeyini sosial şəbəkələrdə bəyan edib.

Rəşid Hacılı bildirib ki, səslənən və səslənməyən çatışmazlıqlara baxmayaraq məhbus məsələsi və vətəndaş cəmiyyətiylə dialoq üçün yaranan İşçi Qrupunun yenidən bərpa olunmasını müsbət addım sayır: “ Qrupun tərkibinə vətəndaş cəmiyyətini təmsil edən yeni şəxslərin salınması ideyasına normal baxıram. İşçi Qrupunda təmsil olunan vətəndaş cəmiyyəti nümayəndələrinə inamsızlıq yaymaq yox, əksinə onlara daha da yardım etmək üçün bunun faydalı ola biləcəyini düşünürəm. İşçi Qrupunun yaradılmasının məhbus məsələsinin hökumət və vətəndaş cəmiyyətinin birgə diqqətdə saxlanmasına və onların hüquqlarının təmin olunmasına, tezliklə azad ediləcəyinə ciddi töhvə verəcəyinə inanıram. Hökumətin bu addımı atması müsbət haldır”.
Rəşid Hacılı bildirib ki, İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinə qarşı kampaniyanı faydasız və hətta zərərli sayır: “Bu yalnız orada onsuz da zəif durumda olan vətəndaş cəmiyyətinin mövqelərini bir qədər də sarsıdır. Oradakı hüquq müdafiəçilərinin ən azı yaxşı tanıdığım bir neçəsinin məhbusların azad edilməsi üçün başqalarından az səy göstərmələrinə, bunu başqalarından az istəmələrinə inanmıram. Elə bir təsəvvür yaradır ki, elə məhbusların həbsə atılmasının və həbsdə saxlanmasının baiskarları İşçi Qrupunda olan hüquq müdafiəçiləridir. Belə kampaniyara vaxt itirməkdənsə, vətəndaş cəmiyyəti daxilində çəkişmələrlə məsələləri uzatmaq və vətəndaş cəmiyyətini gözdən salmaq marağında olanlara xidmət etmək əvəzinə siyasi olduğu iddia edilən şəxslərlə bağlı tam, dolğun sübutları hazırlamaq, İşçi Qrupunda olan hüquq müdafiəçilərinə təqdim etmək və vaxtaşırı görüşlər keçirərək onlardan hesabat istəmək lazımdır”.

Sonda hüquq müdafiəçisi qeyd edib ki, yeni David - Qoliaf mifləri yaratmaq, “Flankəs İşçi Qrupa qarşı”, “filankəs orada təmsil olunan hüquq müdafiəçilərinə qarşı” şoular yapmaq, özlərini xeyir qüvvələrin simvolu kimi təqdim etmək faydalı deyil.

Cavidan


Müəllif:

Oxşar xəbərlər