Bu gün Müsavat Partiyasının Mərkəzi-Nəzarət Təftiş Komissiyası (MNTK) iclasında başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar təqdim etdiyi müraciətə yekun rəyini açıqlayıb.
Müsavatdan Teleqraf.com-a verilən məlumata görə, müraciət araşdırılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinməyib.
Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Arif Hacılı 228 səslə başqan seçilib. Q. İbadoğlu isə 200 səslə ikinci olub.