Qusar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Qusar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Avaran kənd sakini, əvvəllər məhkum olunmuş T.Osmanovun yaşadığı evə baxış zamanı oradan dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.