Gəncə şəhərində ailə münaqişəsi zamanı ailənin gəlini həyat yoldaşı və qaynanasına xəsarət yetirib.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, 1968 ci il təvəllüdlü Məmmədova Gülxar Xankişi qızı və onun oğlu 1988 ci il təvəllüdlü Bəhruz Məmmədov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə 53 yaşlı qadının çənəsi sınıb,33 yaşlı oğlunun isə qolu qırılıb.
Bu şəxslərə ailənin gəlini xəsarət yetirib.
Faktla bağlı artıq araşdırma başlanılıb.