Bakının Nəsimi rayonunda qadını intim görüntüləri ilə şantaj edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.