3 May 2021 12:59
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda bayram günü baş verən yanğının qəsdən törədildiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, martın 21-də saat 1 radələrində Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş verib.

Nəticədə 60 kvm. sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanıb, xəsarət alan olmayıb.

Sabirabad rayon polis şöbəsində aparılan araşdırmalarla evdən 1200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Qalağayın kənd sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər