Fransanın Lill şəhərində “Müqəddəs Peter və Paul” kilsəsində yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Gerald Darmanen “Twitter” səhifəsində yazıb.
Nazir qeyd edib ki, yanğının səbəbini müəyyənləşdirmək üçün istintaq başlanacaq.
Yerli mətbuatda dərc olunan xəbərə görə, Lillin Vazem rayonunda qeydə alınan yanğın yanğısöndürənlər tərəfindən bir neçə saat ərzində söndürülüb.
Kilsənin dam örtüklərinin yanmış hissələrinin qoparaq töküldüyü bildirilib.