5 May 2021 10:05
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi R.Əhmədov ictimai yerdə aşkar edilərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.


Müəllif: Hacı Zeynalov