Daxili İşlər Nazirliyi müğənni Aslan Hüseynovun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi “BMW” markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə vurub.
Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.