5 May 2021 13:02
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon sakini rüsvayedici məlumatlarla şantaj edilib.

Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini S.Ələsgərli barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yaymaq hədəsi ilə Bakı şəhər sakini V.Həsənovdan tələb etdiyi 2000 manatı alarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın metamfetamin aşkar edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər