13 May 2021 19:45
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Nissan Sunny” markalı minik avtomobili yolun kənarına aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Ölənin şəxsin sürücünün azyaşlı övladı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. /Report/


Müəllif: Teleqraf.com