13 May 2021 21:44
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Qarabağlar kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, 1 otağının tavanı 20 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com