14 May 2021 18:40
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə sürücü idarə etdiyi "BMV" markalı avtomobili aşırıb.

Teleqraf.com xəbər verir ki, qəza şəhərin Gülüstan qəsəbəsində baş verib.

Hadisə zamanı Rəsul adlı sürücü hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Vahid Səyyadov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, vəziyyəti ağırdır. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

İlkin məlumata görə, qəza yüksək sürət səbəbindən baş verib və avtomobil səkiyə çırpılaraq aşıb.


Müəllif: Teleqraf.com