14 May 2021 22:30
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də İsmayıllı rayon sakini, evli, 1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Arzu Ağazadənin əlamətləri - boyu 167 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara və sarıdır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzi Xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və (050) 280-45-00, (050) 205-60-26 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Müəllif: Teleqraf.com