15 May 2021 22:14
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün axşam saatlarında, şəhərin 6-cı məhəlləsində qeydə alınıb.

Yol qəzası zamanı 1995-ci il təvəllüdlü Abbasov Ramil Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com