16 May 2021 11:14
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Laçın rayon polis şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilən növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən 4 ədəd müxtəlif çaplı pulemyot, 1 ədəd tank əleyhinə qumbaraatan, 5 ədəd əl qumbarası, 17 ədəd avtomat darağı və 600 ədəd müxtəli çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Hacı Zeynalov