17 May 2021 12:36
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, kənd sakini R.Hüseynov idarə etdiyi “Belarus” markalı traktorla yolun kənarı ilə gedən həmkəndlisi Fəqani Murtuzovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Ucar rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı