Paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindənTeleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.
Prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib,
Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub.
Zəruri prosessual hərəkətlər həyata keçirilib.
Hazırda Binəqədi rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Mahir Sultanov banklarından birinin Xəzər rayon filialının müdiri vəzifəsində çalışıb.