18 May 2021 09:41
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mersedes” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib.

Avtomobildə olan daha 3 nəfər - Tovuz rayon sakinləri 1953-cü il təvəllüdlü Hüseynov Vaqif Yəhya oğlu, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı və 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com