18 May 2021 12:16
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaracaəmirli kənd sakini Nicat Hüseynova məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkar edilərək götürülüb.

İstixanaya baxış zamanı oradan 31 ədəd, ümumi çəkisi 14 kq 850 qram olan, çətənə kolu aşkar olunub.

Bundan başqa, Nicat Hüseynovun yaşadığı fərdi yaşayış evinin yardımçı tikilisindən qurudulması üçün sərilmiş, 30 ədəd, ümumi çəkisi 3 kq 750 qram olan çətənə kolu aşkarlanıb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsə də, digər xüsusatlar da istisna edilmir.

Faktla Şəmkir rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov