18 May 2021 12:37
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 16-da Naxçıvan şəhəri ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Babək rayon sakini A.Niftəliyev idarə etdiyi “Great Wall” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Xəyal İsmayılovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş X.İsmayılov orada ölüb.

Faktla bağlı Naxçıvan şəhər Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov