18 May 2021 14:36
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda silahlı şəxsə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsi ərazisində Ramana qəsəbə sakini İ.Nağıyevdən nömrəsi silinmiş “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı və 26 ədəd patron aşkar edilib.


Müəllif: Hacı Zeynalov