Bakının Nərimanov rayonunda oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 17-də rayon ərazisindəki evlərin birindən 9750 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Şükürova saxlanılıb.