Bakının Xətai rayonunda ana və qızı oğurluq edib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 4000 manat pul və 6400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Hacıyeva və qızı L.Hacızadə saxlanılıblar.