Gəncə şəhərində arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə ittiham olunan Bəxtiyar Məcidlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə bu ilin fevralın 4-də Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aytac Məcidli çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 10 bıçaq xəsarəti alan qadın dərhal əməliyyat olunub.
Qadın həyat yoldaşı Bəxtiyar Məcidli tərəfindən bıçaqlandığı məlum olub.
İstintaq orqanı tərəfindən Bəxtiyar Məcidlinin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.