Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 456 m² olan (hər mərtəbəsi 228 m²) ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə və çardağı 100 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.