23 May 2021 11:16
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayon polis şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məzahir Abbasov saxlanılıb.

Onun yaşadığı evin həyətində olan yarımçıq tikiliyə baxış keçirilən zaman 20 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər