VAMBP sədri Hacıbaba Əzimov İsa Qəmbəri müxalifətin bir araya gəlməsinə maneçilik törətməsi iddiası ilə ittiham edib.
Professor deyib ki, Milli Şura yaranmamışdan öncə Ümumxalq Hərəkatı yaratmaq ideyasını irəli sürüb:
"Partiyalarla məsləhətləşdim. Bir dəfə hər partiyadan bir nümayəndəni və tanınmış ziyalıları VHP-nin qərargahına toplaya bildim. İkinci görüşümüz Müsavat Partiyasının qərargahında olmalıydı. Təəssüf ki, bu işi İsa Qəmbər əngəllədi. Təyin olunmuş gündə dedi ki, gəl, tədbiri bir həftə təxirə salaq. O biri həftə yenə dedi ki, gözləyək. Aydın oldu ki, bunun fikri başqadır və mən ona sözümü dedim. Nəhayət, belə anladım ki, İsa Qəmbər Milli Şuraya meyilli olduğundan Ümumxalq Hərəkatının yaranmasını "tormozlayıb".
Nemət