Qax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitmiş 1 ton 400 kiloqram çəkidə 4250 ədəd, Fıstıqlı kəndi ərazisində isə 1 ton 442 kiloqram çəkidə 10300 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.
Bundan başqa, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Lənbəran kənd sakini S.Osmanova məxsus 30 sot sahədə yabanı halda bitmiş 1641 ədəd çətənə kolu aşkar edilib.
Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Atakişili kənd sakini V.Bəkirova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 2 kiloqram 850 qram çəkidə 20 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Yuxarı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Qasımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 531 ədəd, habelə qonşusuna məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirdiyi 649 ədəd çətənə kolları aşkar edilib.
Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.İbrahimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar edilərək götürülüb.