25 May 2021 11:49
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Abşeron rayonu, Xırdalan şəhərində 4 azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatlar yayılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilmişdir ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayıblar.

Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər