Yevlax rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, mayın 23-də naməlum şəxs rayon sakini İ.Hüseynovu döyərək 70 manatını alıb.
Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.