8 İyun 2021 12:28
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 178-ci, yəni, dələduzluq maddəsi ilə məhkum olunan Əhməd Cəfərov tutulub.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı onun Binəqədi rayonunda 5, paytaxtın digər rayonlarında isə 6 nəfəri dələduzluq edərək aldadıb pullarını ələ keçirdiyi məlum olub.

Qeyd edək ki, Əhməd Cəfərov ifadəsində zərərçəkənlərə kreditlə avtomobil satacağı vədi verib və onların etibarından sui-istifadə edərək aldatdığını bildirib.

Saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Əhməd Cəfərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər