İyunun 7-də saat 11 radələrində Tərtər rayonunun Bəyimsarov kənd sakini 59 yaşlı N.Qasımov 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq Rayon İcra Hakimiyyətinin qarşısında özünü benzinlə yandırmağa cəhd edib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Bu zaman polislər əl nahiyələrindən yüngül yanıq xəsarəti alıblar.
Xəstəxanaya yerləşdirilmiş N.Qasımovun vəziyyəti qənaətbəxşdir.
Tərtər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.