Bakıda çay evində yanğın hadisəsi olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 64 m² olan çay evinin mətbəxində lambirindən ibarət tavan 3 m² sahədə və elektrik kabeli 2 p.m yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.