9 İyun 2021 23:40
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə və ətraf rayonlarında hökm sürən qeyri-təbii hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.

Teleqraf.com xəbər verir ki, dolu yağışı təxminən 10-12 dəqiqə çəkib və əsasən rayonun ucqar kəndlərindən olan Qabaqtəpə kəndinə düşüb.

Nəticə etibarilə ciddi problemlər qeydə alınmasa da, meyvə ağaclarına ziyan dəyib. Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.


Müəllif: Teleqraf.com