10 İyun 13:06
298

Saatlı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Saatlı rayon polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nuriyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 3 qrama yaxın metamfetamin, 80 qram marixuana və şəhər ərazisində gizlətdiyi 4 kiloqrama yaxın marixuana götürülüb.


Müəllif: Hacı Zeynalov