Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.
Teleqraf.com xəbər verir ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Boyat kənd sakini Sübhi Ağayev saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 90 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırmalar davam etdirilir.