İyunun 11-də Bakının Binəqədi rayonu ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon sakini M.Bakarov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ceyhun Hüseynovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.