11 İyun 2021 15:45
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda taksi sürücüsünü öldürməyə cəhd etməkdə ittiham olunan İbrahim Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 21-nə təyin olunub.

***

15:18

2020-ci il avqustun 5-də Bakı şəhər sakini Əli Cəfərovun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Respublika Kliniki Xəstəxanasına yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilib ki, İbrahim Dadaşov şərikli taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona idarəetməyə verilmiş avtomobilin geri tələb edilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı tanışı Əli Cəfərovu mətbəx bıçağı ilə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

İbrahim Dadaşov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər