11 İyun 17:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 11-i saat 17:30-a olan məlumata əsasən Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Xaçmaz, Quba, Xaltan, Şahdağ, Sarıbaş (Qax), Nabranda şimşək çaxıb, arabir yağış yağıb.

İyunun 11-i saat 15:11-15:12 radələrində Daşkəsənə diametri 14 mm olan dolu düşüb.


Müəllif: Teleqraf.com