12 İyun 10:11

Gəncədə güclü yanğın hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə H.Əliyev prosspektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Rzayev Rüzigar Salman oğlu, 1981-ci il təvəllüdlü Cabbarov Mehdi Mirağa oğlu və Rzayeva İradə Oktay qızı ağır yanıq xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə hadisə qaz sızması nəticəsində baş verib

***

Gəncə şəhərində dörd mərtəbəli yaşayış binasında yanğın olub.

Teleqraf.com-un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb.

Binanın 4-cü mərtəbəsində qeydə alınan yanğın nəticəsində ilkin olaraq üç nəfər xəsarət alıb.

Yanğın mənzillərin birində qaz sızması nəticəsində baş vermiş partlayışdan sonra yaranıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.


Müəllif: Teleqraf.com